Maide.az

İstirahət günləri Azərbaycandakı yol qəzalarında 5 nəfər ölüb, 20 nəfər yaralanıb

İstirahət günləri Azərbaycanda baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.   Baş Dövlət Yol Polisi İdarəsindən Maide.az-a verilən məlumata görə, oktyabrın 24-də Azərbaycanda 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.   Oktyabrın 25-də isə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.   Hər bir faktla bağlı araşdırma aparılır.