Maide.az

İstefa verən Livanın baş naziri Səudiyyə kralı ilə görüşdü

Livanın baş naziri Səəd əl-Həriri Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizlə görüşüb. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.    Görüş zamanı tərəflərin hansı mövzunu müzakirə etməsi ictimaiyyətə açıqlanmır.    Qeyd edək ki, Livanın baş naziri Səəd əl-Həriri şənbə günü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda olarkən istefa verdiyini açıqlayıb.(FaktXəbər)