Maide.az

İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib -YENİLƏNİB

08:45 İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib.   Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.   “Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - baş nazir bildirib.   Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanı bu gecə terrorçu-kamikadzelərin hücumuna məruz qalmışdı. Hadisə nəticəsində 36 nəfər ölüb, 150nəfər yaralanıb.   07.51 İstanbulun Atatürk Hava Limanı dünən axşam baş verən silsilə partlayışlarla əlaqədar bu gün saat 17.00-a qədər bağlı olacaq.Məlumatı NTV kanalı yayıb.   Xatırladaq ki, əvvəlcə aeroportun bu gün səhər saat 8-ə qədər bağlı olacağı bildirilmişdi.   Məlumatda o da bildirilib ki, sərnişinlər təxliyə olunub və aeroport tam bağlanıb.