Maide.az

İstanbulda yaşayış binasında partlayış: 1 ölü, 10 yaralı

Türkiyənin İstanbul şəhərində, Bahçelievler rayonunda Memar Sinan prospektində 6 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.     “Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.     Bildirilib ki, partlayış baş verən mənzil toxuculuq atelyesi kimi fəaliyyət göstərirmiş.     Partlayış səhər saatlarında baş verib. Binanın sakinləri partlayışın səsindən vahimələnib, zəlzələ baş verdiyini sanıblar. Hadisənin səbəbi hələ ki, açılanmayıb.