İstanbulda tarixi Vaniköy məscidində yanğın - FOTO
Türkiyənin İstanbul şəhərində yerləşən tarixi məsciddə güclü yanğın baş verib. Maide.Az "NTV"ə istinadla xəbər verir ki, tarixi Vaniköy məscidində baş verən yanğında məscidin taxta hissəsi tamamilə yanıb. Məscidə çox ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmayıb.