Maide.az

İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var

İstanbulun Kartal rayonunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın mebel fabrikində başlayıb.   İlkin məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər tüstüdən zəhərlənib.   Hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.    Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.