İstanbulda insanlar küçələrdə gecələyib: `Qazan etirazları` başladı-VİDEO
İstanbulda Türkiyə MSK-nın bələdiyyə seçkilərinin ləğvi ilə bağlı qərarından narazı olan insanlar «qazan etirazları»na başlayıblar. Etirazçılar qazan və tavaları vurublar, sürücülər isə maşın siqnalları ilə onları dəstəkləyiblər. Xatırladaq ki, mayın 6-da Türkiyə Mərkəzi Seçki Komissiyası hakim Ədalət və İnkişaf Partiyasının martın 31-də İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi ilə bağlı müraciətinə baxıb. Türkiyənin Ali Seçki Qurumu seçkilərin təkrar keçirilməsinə qərar verilib. Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək. /FaktXeber /
Kadıköy’de kitle dağılmıyor. CHP Kadıköy Belediye Başkanı Av. Şerdil Dara Odabaşı da burada pic.twitter.com/UcluJe15BR
— Onur Öncü (@oencueonur) 6 мая 2019 г.