İstanbulda helikopter qəzasında 7 nəfər ölüb
İstanbulun Beylikdüzü rayonunda qəzaya uğrayan “Əczacıbaşı” Şirkətlər Qrupuna məxsus “Sikorsky S-76” tipli helikopterdə olan 7 nəfərin heç bir sağ qalmayıb. Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Helikopterdə iki pilot və 5 sərnişin olub. Artıq sərnişinlərin kimliyi açıqlanıb. Bunlar “Eczacıbaşı Vitra”-nın Rusiya üzrə direktoru Salim Özen, Rusiya vətəndaşları Aleksandır Vanin, İgor Koçergin, Lyudmila Çurova və Yelena Badraqadır. /