Maide.az

Sürüşmə zonasında SON VƏZİYYƏT

Bakı şəhərinin Səbail rayonunda, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.   Maide.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.   Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.   İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.