Maide.az

Sürücü yol polisini döyüb, paqonlarını cırdı

Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb.   Maide.az xəbər verir ki, S.S.Axundov küçəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş serjantı 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb. Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb.   F.Seyidov saxlanılıb. Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.