Maide.az

Sürücülər cərimələri `MilliÖN`də ödəyə biləcəklər

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.   Maide.Az bildirir ki, bu barədə Trend-ə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.   Qeyd olunub ki, inteqrasiya üzrə işlər “AsanPay” sistemi üzərindən aparılır:   “MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.   Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.