Maide.az

Sürücülərin nəzərinə – Bu yolda hərəkət bərpa olunur

Binəqədi şossesində ötən axşamdan etibarən hərəkət bərpa olunur.   Maide.Az xəbər verir ki, bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Feysbuk hesabında məlumat yayıb.   Qurum rəsmisi qeyd edib ki, şosse boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb: “Bundan sonra təmir-tikinti işləri hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək. O cümlədən, asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də iş prosesinə uyğun olaraq görüləcək”.