Maide.az

Sürücülərin nəzərinə! - Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

  Bakının H.Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında (Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) inzibati binasının qarşısında) yolun   1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.    Məlumata görə, yolun bağlanması ərazidə aparılan təmir işləri ilə əlaqədardır. (faktxeber) /