İsrail yenidən Qəzzada dinc əhalini bombaladı: ölən və yaralananlar var
Qəzza zolağında işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində 4 fələstinli şəhid olub. Maide.Az bildirir ki, RT-nin məlumatına görə, bu barədə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Hücum nəticəsində bir neçə fələstinlinin yaralandığı bildirilir. Qeyd edək ki, ötən axşam Qəzza zolağı İsrail ordusu tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə gün öncə də Sionist İsrail rejimi qüvvələrinin Qəzzanın şərqini bombalaması nəticəsində 5 fələstinli şəhid olmuş, bir neçə nəfər yaralanmışdı. Sionistlərin qoşunu sərhədə yaxın bölgələrdə PUA-larla həyata keçirdiyi bu cür hücumlarda sionist məskunlaşma yerlərinə yanan kağız ilan və helium şarı atan gəncləri hədəfə aldığını iddia edir. Xatırladaq ki, Fələstinlilər artıq 14 həftədir ki, “Böyük Qayıdış” yürüşləri təşkil edirlər.