İsrail və ABŞ arasında İranla bağlı 'misli görünməmiş' əməkdaşlıq mövcuddur
İsrail və ABŞ arasında İranla bağlı "misli görünməmiş" əməkdaşlıq mövcuddur və bu əməkdaşlığı alqışlayırıq. Maide.Az "radiofarda"a istinadla xəbər verir ki, bunu işğalçı İsrail rejimin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Aviv Koçavi Amerikalı hərbi rəsmilərlə görüşündən sonra açıqlamasında deyib. A.Koçavi bazar günü ABŞ-a səfər edib. 4 günlük səfər zamanı ABŞ milli təhlükəsizlik müşaviri, müdafiə naziri, ABŞ ordusunun Qərargah rəisi və ABŞ Centcom Mərkəzi Komandanlığının komandiri ilə görüş keçirdib. İşğalçı rejimin Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ABŞ rəsmiləri ilə Qəzza məslələri, Suriyada əməkdaşlıq və iki ölkənin birgə kordinasiya məsələlərini müzakirə edib.