Maide.az

İsrail təyyarələri Livan hava məkanını pozdu

Ötən gün İsrail rejiminə məxsus təyyarələr Livanın hava məkanını pozaraq cənub bölgələri üzərində uçuş həyata keçirib. Bu barədə “Al-Watania” xəbər agentliyi hərbi mənbələrinə istinadən məlumat verib.   Agentliyin məlumatına əsasən, təyyarələr Nabatiyə şəhəri və İklim ət-Tufah regionu üzərində aşağı hündürlükdə uçaraq hücum manevrlərini imitasiya ediblər.    Məlumata əsasən, İsrail rejimi təyyarə və PUA-ları Livanın işğal altında olan Fələstin əraziləri ilə sərhəddə yerləşən Həsbayə, Ərkub, Şəba Fermaları və Cəbəl əş-Şeyx yüksəklikləri ərazilərində müşahidə edilib.   Bundan əlavə təyyarə və PUA-lar Litani çayı Mətn dağlıq ərazisi və Qərbi Bəqada müşahidə ediliblər.   Livan ordusu İsrail hərbi katerlərinin Livanın ən-Nakura burnundan dəniz sərhədlərini də pozduğunu açıqlayıb.    Xatırladaq ki, Livan dəfələrlə BMT-nin Təhlükəsilik Şurasına səhədlərinin pozulmasına dair şikayət göndərsə də heç bir addım atılmayıb.  /eastnews.org/