Maide.az

İsrail Suriyanın cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

 İsrail hərbi helikopterlər və raketatan qurğular vasitəsilə Suriyanın Qunaytara əyalətini hədəfə alıb.    Bildirilib ki, ötən gecə İsrailin helikopterləri Qunaytara əyalətinin əl-Qahtaniyyə qəsəbəsini hədəfə alıblar.   Eləcə də Qunaytara əyalətinin digər bölgələrinə raket atılıb.   Suriyanın havadan müdafiə sistemləri Dəməşqin cənub-qərb səmasında hərəkətə keçib.   Məlumata görə İsrailin təcavüzü nəticəsində ölən olmayıb, xəsarətlər isə yalnız maddi ziyanlardan ibarətdir. /SalamNews  /