Maide.az

İsrail rejim terrorçuları fələstinli gənclərə hücum edib

Ötən gün Fələstinli gənclər sionist rejiminin Məscidi-Əqsaya etdiyi təcavüzlərə etiraz olaraq Qüds şəhərində etiraz aksiyası keçirdikləri zaman, terrorçu rejim qüvvələrinin hücumlarına məruz qalıblar. Maide.az-ın məlumatına görə, terrorçu rejim qüvvələri, dinc aksiyanı dağıtmaq məqsədi ilə  rezin güllələr və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə bir neçə fələstinli yaralanıb. Bu qarşıdurma, sionist işğalçılarının Məscidi-Əqsaya daxil olaraq, məscidə hörmətsizlik etməkləri nəticəsində baş verib. Sionistlər hücum edərkən məsciddə dindarların müqaviməti ilə rastlaşıblar, 13 fələstinli yaralanıb. //