İsrail rejim qüvvələri Fələstinlilərə aid məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib - VİDEO
İşğalçı İsrail rejim qüvvələri Qərbi Şəriyədə Fələstinlilərə aid məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib. Maide.Az “dunyabulteni”-ə istinadla xəbər verir ki, Fələstin Təhsil Nazirliyinin sözçüsü Sadıq Əl-Hadur bildirib ki, işğalçı rejim əskərləri Əl-Xəlil bölgəsində Ən-nəhda ibtidai şagirdlərin təhsil aldığı məktəbə gözyaşardıcı qaz və səs bombası ilə hücum edib. Atılan qaz nəticəsində çox sayda müəllim və şagird boğulma təhlükəsi ilə üzləşib. Uşaqlar arasına qorxu və panika yaranıb. O qeyd edib ki, Əl-Xəlilinin Bələdətül-Qədimə bölgəsində yerləşən məktəblər davamlı olaraq işğalçı rejimin əsgərləri və ifratçı yəhudilərin hücumlarına məruz qalır. S.Əl-Hadur deyib ki, son aylar ərzində işğalçı rejim əskərlərinin məktəblərə hücumu artıb.