İsrail rejimi özünü ərəb ölkələrinə “birləşdirir”
İşğalçı İsrail rejim bəzi ərəb ölkələrinə birləşmək üçün dəmir yolu xətti çəkməyi planlaşdırır. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti yazıb. Məlumata görə, yeni çəkiləcək dəmir yolu xətti işğalçı rejimi İordaniyaya və daha sonra isə İraq və Səudiyyə Ərəbistanına birləşdirəcək. Sionist rejim dəmir yolunun tikintisi üçün 2019-cu ildə büdcədən 4,5 milyon dollar ayırmaq fikrindədir. Qeyd edək ki, Fələstinin işğal olunmuş ərazisində dəmir yolunun uzunluğu 15 km olacaq. Həmçinin körpü və tunel tikilməlidir.