Maide.az

İsrail rejimi Suriyaya raket hücumu edib, suriyalı hərbiçilər ölüb

Sionist rejimin  Suriyanın Dəməşq şəhərinin cənubuna raket hücumu nəticəsində  3 suriyalı hərbiçi ölüb, 1 nəfər yaralanıb.    Maide.Az  "SANA"a istinadla xəbər verir ki,  ötən gecə yerli  vaxtla saat 03:11 dəqiqədə  sionist rejim işğal olunmuş Qolan təpələri tərəfdən Suriya ərazisinə təcavüz edib.    Suriya Hava Hücumundan Müdafiə  Qüvvələri  işğalçı rejimin bir neçə raketini havada məhv edə bilib.