Maide.az

İsrail rejimi Qəzzaya hava hücumu təşkil etdi

Bazar ertəsi (10 fevral) sübh saatlarında İsrail rejiminin ordusu Qəzzanın cənubundakı Xan Yunis sahil bölgəsinə bir çox hava hücumu təşkil edib.   Rutply-nin görüntülərində Xan Yunisin gecə səmasını işıqlandıran partlayışlar göstərilir.   İsrail rejiminin Müdafiə Qüvvələri (İDF) hava hücumunun HƏMAS-ın strateji mövqelərini, o cümlədən təlim düşərgəsi və hərbi infrastrukturunu hədəfə aldığını söyləyib.   Hava zərbəsinin Qəzzadan İsrail rejiminə atılan raketlərə cavab olaraq baş verdiyi qeyd edilib./ deyerler.org