Maide.az

İsrail rejimi Qəzza sərhədində yeraltı beton divar inşa edəcək

İşğalçı İsrail rejiminin hərbi rəhbərliyi Qəzza sərhədində yeraltı beton divarın inşa ediləcəyini elan etdi.   Deyerler.org-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, İsrail rejimi bununla Qəzzada yeraltı tunellərin qarışını almaq istəyir. Bu layihənin ümumi dəyəri 2,2 milyard dollar təşkil edəcək. Eyni zamanda divar xüsusi ötürücülərlə təchiz ediləcək.