Maide.az

İsrail rejiminin bombardmanından sonra Qəzzadakı xarabalıq (VİDEO)

İsrailin Qəzzada 50 gün davam edən son əməliyyatından sonra baş verən dağıntılar havadan çəkilən görüntülərlə ortaya çıxıb.    Maide.az-ın məlumatına görə, 8 iyul - 27 avqust tarixləri arasında İsrail rejiminin Qəzzaya qarşı əməliyyatlarında ən az 2100 fələstinli şəhid olub.   Qarşı tərəfin itkiləri isə 66 əsgər və 7 mülkü vətəndaş olub.   Fələstinli ailələr yavaş yavaş Qəzzaya dönür, ancaq son görüntülər geri dönənlərin həyatlarını yenidən qurmaq üçün çətin bir mübarizə aracağını göstərir.