İsrail rejiminin əsgərləri sayt açıb DƏHŞƏTLİ etiraflar ediblər
Ötən ilin iyul ayından başlayaraq 50 gün müddətində Qəzzada əməliyyat keçirən sionist rejimin ordusunun bir qrup əsgəri "Breakingthesilence.org.il" adlı sayt açaraq fələstinlilərə qarşı törədilən qətliamı faktlarla etiraf ediblər. Əsgərlər törətdikləri hərbi cinayətləri etiraf edərək, qəddarlıq etmək üçün xüsusi təlim gördüklərini sayt vasitəsi ilə ictimaiyyətə çatdırıblar. Rejim əsgərləri, "Qoruyucu Kəmər" adlanan əməliyyat zamanı hərəkət edən hər şeyi vurmaq tapşırığı aldıqlarını bildiriblər. Bir sionist əsgəri Qəzzada bir evin içərisində dinc insanların olduğunu müəyyən etdikləri halda evdəki hər kəsi öldürmə əmri verdiyini qeyd edib. Əsgər daha sonra evə hava hücumu təşkil olunduğu və evdəkilərin çoxunu öldürdüklərini bildirib. Hərbçilərdən biri isə yaralılara yardım etmək üçün gələn təcili tibbi yardım maşınını və yaralılara yardım edən dinc vətəndaşları vurduqlarını söyləyib. Tankçı olduğunu deyən bir İsrail rejimin əsgəri bir evin pəncərəsində bayıra baxan bir dinc sakini gördüklərini və tankla həmin evi vurduqlarını etiraf edib. Saytda onlarla sionist əsgərinin etirafları yazılıb. Qeyd edək ki, Sionist İsrail rejiminin Qəzzaya 2014-cü ilin iyul ayının 7-də başlayan və 51 gün müddətində hücumları nəticəsində 2 mindən çox adam həyatını itirmiş, 11 mindən artıq adam yaralanmışdı. Hücumlarda 17 min 200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılmış, minlərlə bina zərər görmüşdü.Avropa.info