Maide.az

İsrail rejiminin əsgərləri 7 fələstinlini həbs etdi

İsrail rejiminin əsgərlərinin İordan çayının qərb sahilində 7 fələstinlini nəzarətə götürdüyü bildirilir.   Maide.az xəbər verir ki, İsrail rejiminin ordu rəhbərliyi açıqlamasında əsgərlərin gecə saatlarında "İordan çayının qərb sahilində hüquq-mühafizə qüvvələri və mülki vətəndaşlara qarşı terror və şiddət hadisələrinə qarışdıqları" səbəbilə 7 fələstinlini saxladığı qeyd olunub.    Həbs olunanların istintaq üçün əlaqədar orqanlara göndərildiyi deyilir.   Xatırladaq i, İsrail rejiminin əsgərləri İordan çayının qərbində və Qüdsdə tez-tez təşkil etdikləri basqınlarda müxtəlif ittihamlarla fələstinliləri həbs edir.   Fələstin Əsirlər Cəmiyyətinin dərc etdiyi hesabata görə, İsrail rejiminin həbsxanalarında 7 mindən çox fələstinli var.