İsrail rejimi Holan təpələrinə hücum etdi
İsrail rejiminin ordusu Suriyanın Holan təpəsindəki Kuneytra şəhəri yaxınlığında bəzi məqamları vurduğu bildirilib. Maide.az-ın məlumatına görə, İsrail rejiminə məxsus tanklar, Suriya ilə İsrail arasındakı sərhəd hasarlarını ağır texnikadan hədəf alan atəşə qarşılıq olaraq terrorçular arasında qarşıdurmaların davam etdiyi Kuneytra yaxınlığındakı Əl-Kahtaniyə kəndində bəzi nöqtələri bombalayıb. Digər tərəfdən Nusra Cəbhəsi, Əhraruş Şam və Cənub Cəbhəsindən ibarət olan qüvvələr Kahtaniyəyə doğru gedərək buradakı İŞİD terrorçuları mühasirəyə alıb. Hərbi qruplaşmaların İŞİD-in Kuneytradakı mövcudluğuna tamamilə son verə biləcək nöqtəyə gəldiyini bildirir.