Maide.az

İsrail rejimi həbsxanalarında xərçəng xəstəsi olan 23 məhbus var

Fələstin Əsirləri Araşdırma Mərkəzi İsrail rejimi həbsxanalarında saxlanılanardan 16 faizinin müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb.   Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, mərkəzin rəsmisi Riyad əl-Əşkar dünən məsələ ilə bağlı yaydığı bəyanatda sağlamlıq vəziyyətləri hər keçən gün daha da pisləşən məhbuslar olduğunu bildirib.   Əl-Əşkar rejim həbsxanalarında 23 xərçəng xəstəsi olduğunu deyib.   O, İsrail rejiminin məqsədli tibbi laqeydlik siyasətinin xəstələrin vəziyyətlərinin daha da pisləşməsinə və ölməsinə yol açdığını qeyd edib.   Əl-Əşkar əməliyyatdan sonra sağalmayan və hətta sağlamlıq vəziyyətləri daha da pisləşən onlarla məhbus olduğunu vurğulayıb.   Həbsxanalar idarəsinin xəstələrə bəzən xəstəliklərinə uyğun olmayan dərmanlar verdiyini deyən əl-Əşkar İsrail rejiminin təxminən 1000 xəstəyə qarşı etdiyinin müharibə cinayəti olduğunu bildirib.