İsrail rejimi hərbiçiləri dinc nümayişçilərə qarşı həqiqi güllələrdən atəş açdı, 2 fələstinli şəhid oldu
Sionist rejim hərbiçiləri ABŞ-ın Qüds və Fələstinli qaçqınlarla bağlı qərarlarına etiraz edən aksiyaçılara həqiqi güllələrlə atəş açıb, 2 fələstinli şəhid olub. Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, ötən gün Fələstin xalqı Qəzzada “Böyük Qayıdış Yürüşü” çərçivəsində Qəzzanın şimalında Beyt Hanun sərhəddi yaxınlığında etiraz aksiaysı keçirib. Etirazçılar ABŞ-ın Qüds və Fələstinli qaçıqlarla bağlı qərarlarını pisləyiblər. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, işğalçı rejim qüvvələrinin həqiqi güllələrlə açdığı atəş nəticəsində 2 fələstinli şəhid olub, onlarla fələstinli isə yaralanıb. İsrail ordusu dinc nümayişçilərə qarşı həqiqi güllələrdən, rezin örtüklü metal güllələrdən və gözyaşardıcı qaz bombalarından istifadə edib. Qeyd edək ki, ötən gün işğalçı rejim polisi Qüdsdə bir fələstinli gənci vuraraq şəhid edib.