İsrail rejimi fələstinli deputat Məhəmməd Əbu Tayrı həbs etdi
İsrail rejiminin təhlükəsizlik qüvvələri aprelin 13-ü İordan çayının qərb sahilində fələstinli deputat Məhəmməd Əbu Tayrı həbs edib. Maide.Az "Deyerler.org" -a istinadən xəbər verir ki, HƏMAS-ın Fələstin Parlamentindəki Dəyişmə və İslah qrupunun üzvü olan deputat Məhəmməd Əbu Tayr, Əl-Birə şəhərinin cənubunda yerləşən Ummuş-Şərait məhəlləsindəki evinə sionist əsgərərin basqını vaxtı həbs olunub. Bununla da İsrail rejiminin həbsxanalarında fələstinli deputatların sayı 6-ya yüksəlib. İndiyə qədər İsrail rejiminin həbsxanalarında fələstinli 5 deputatın saxlanıldığı qeyd olunurdu. Onu da qeyd edək ki, Məhəmməd Əbu Tayr ömrünün 34 ilini İsrail rejiminin zindanlarında keçirib.