Maide.az

İsrail rejimi Fələstin torpaqlarının daha 400 hektarlıq ərazisini işğal etdi

Sionist İsrail rejiminin əsgərləri Nablus bölgəsində fələstinlilərə aid təxminən 400 hektarlıq bir ərazini işğal ediblər.   Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İordan çayının qərb sahillərinin şimalındakı məskunlaşma işləri üzrə rəsmisi Qassan Deqles açıqlama verərək, İsrail rejiminin əsgərlərinin yanvarın 12-də Nablusun cənubundakı Asirə əl-Qabilə kəndində 398 hektarlıq bir ərazini işğal etdiyini bildirib.   Sionist İsrail rejiminin əsgərlərinin təhlükəsizlik səbəbilə həmin ərazini işğal etdiyi bildirilir.   Sionist İsrail rejimi 2016-cı ildə 2015-ci ilə nisbətən fələstinlilərin torpaqlarını işğal edilmәsi nisbətini 439% artırıb.   Sionist İsrail rejiminin əsgərləri işğal altındakı Fələstin torpaqlarının cənubundakı Ən-Nakab bölgəsində yerləşən və işğalçı rejim tərəfindən qanuni yaşayış sahəsi kimi qəbul edilməyən Əl-Arakib kəndini 108-ci dəfə dağıdıb. Sionist əsgərləri Əl-Arakib kəndini 2016-cı ilin dekabrın 22-də 107-ci dəfə dağıtmışdır və ev sakinlərini kəndin qəbiristanlığı yaxınlığında açıq əraziyə atmışdı.