Maide.az

İsrail rejimi Fələstin torpaqlarında 285 yeni məskunlaşma tikintisini təsdiqlədi

Sionist İsrail rejimi İordan çayının qərb sahillərində 285 yeni məskunlaşma yerinin inşasını təsdiq edib.   Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, məskunlaşma yerlərinin inşası prosesini müşahidə edən Peace Now tərəfindən verilən açıqlamaya görə, yeni icazə verilən evlərdən 234-ü Elqana, 30-u Beit Aryə, 20-si isə Qivat Zeevdə inşa ediləcək. İcazəsi yenidən təsdiqlənən evlərin Ofarimdə olduğu bildirilir.   ABŞ sionist İsrail rejiminin İordan çayının qərb sahilində 250-dən artıq sionist məskunlaşma yeri inşa etmək qərarını qınayaraq, bunun iki dövlətli həll razılaşmasını təhlükəyə atdığını deyib.