Maide.az

İsrail reimi Ramazan ayı yardımlarını müsadirə etdi

İsrail rejiminin polisi Qüdsdə Ramazan ayı münasibətiylə kasıb ailələrə paylanılacaq humanitar yardımları müsadirə edib.   Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Qüds İslam Fondları İdarəsinin mətbuat sözçüsü Firas Dibs İsrail rejiminin polisinin onlarla ərzaq yardımını müsadirə etdiyini bildirib.   O, Ramazan ayı üçün yardım bağlamalarının Qüdsün Əl-Əqsa məscidinin yaxınlığındakı Əl-Musrara məhəlləsində yaşayan kasıb ailələrinə verilməsi üçün hazırlandığını qeyd edib.   Yerli mənbələr İsrail rejiminin polisinin humanitar yardımları müsadirə etməsinə etiraz edən fələstinlilərə müdaxilə etdiyini və bir neçə nəfəri yumruqladığını bildirib.