Maide.az

İsrail qüvvələri fələstinli jurnalistləri saxladı

İşğalçı İsrail qüvvələri Fələstin dövlət televiziyasının Qüdsdə veriliş hazırlayan 4 əməkdaşını saxlayıb. Saxlanılan jurnalistlərin Kirstin Rinavi, Əli Yasin, Dana Abu Şəmsiyə və Amir Abidrabu olduğu bildirilib. Onların istintaq mərkəzinə aparıldığı qeyd edilib. Xatırladaq ki, 2 həftə əvvəl Fələstin dövlət televiziyasının Qüdsün Suvanna məhəlləsindəki ofisi İsrail İctimai Təhlükəsizlik naziri Gilad Erdanın göstərişi ilə bağlanmışdı. /eastnews