Maide.az

İsrail qüvvələri 290-dan çox fələstinli uşağı həbs edib

291 fələstinli uşaq və yeniyetmə İsrail rejimi həbsxanalarında saxlanılır.    Maide.az-ın məlumatına görə, bunu  Fələstinin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin üzvü Hanan Aşravi deyib.  O deyib ki, hazırda sionist rejimin  həbsxanalarında 5900 fələstinli saxlanılır ki, onlardan 291-I azyaşlı uşaq və yeniyetmələrdir.    İsrail həbsxanalarında saxlanılan bütün məhkumların azad olunmasını tələb edən  H.Aşravi işğalçı rejimin  fələstinli məhbusların hüquqlarını tapdaladığını, beynəlxaql icitimayyətin bu qanunsuzluğa göz yumduğunu açıqlayıb.