İsrail ordusu TRT-nin müxbirini həbs edib
İşğalçı İsrail ordusu TRT kanalının fələstinli müxbiri İbrahim Rantisini həbs edib. Maide.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, fələstinli müxbir İsrail əsgərləri tərəfindən İordan çayının Qərb sahilindəki evindən aparılıb. Qeyd edək ki, İbrahim Rantisi son bir həftə ərzində İsrail təhüləsizlik qüvvələri tərəfindən həbs olunan 6-cı jurnalist olub. Buna qədər İsrail qüvvələri iyulun 30-da "Əl-Qüds" televiziyası ilə əməkdaşlıq edən 4 müxbiri və 1 avqustda isə radioda işləyən jurnalisti saxlamışdı.