Maide.az

İsrail ordusu Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb

Bu gün səhər saatlarında işğalçı İsrail ordusu İordan çayının qərb sahilində yerləşən Fələstin rayonlarında 15 sakini evindən oğurlayıb.   Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, İsrail ordusu Rəmallah rayonunda sakinlərin evlərində və digər mülklərində zorakı axtarışlar aparıb.   İşğalçı ordu bildirib ki, əl-Cəlazun qaçqın düşərgəsində axtarış aparılarkən naməlum avtomobildən əsgərlərə tərəf qumbara atılıb, lakin xəsarət alan olmayıb.   İsrail ordusu əl-Xəlilin (Habrun) Surif qəsəbəsində fələstinli qadın yazıçı İsra Xızır Lafini də evindən çıxararaq həbs edib. İntensiv və zorakılıqla müşahidə olunan reydlər Beyt-Ula, Yətta məntəqələrini də əhatə edib, hərbçilər Habruna aparan yollara ağır bloklar düzərək nəqliyyatın hərəkətini iflic ediblər və gediş-gəlişi kəsiblər.   İşğalçı ordu tərəfindən evlərindən oğurlanmış 10 fələstinlinin şəxsiyyəti aşağıdakı kimi açıqlanıb: Məhəmməd Nabil əl-Adil (Qalqiliyyə) İsmail Cibril (Qalqiliyyə) Rami Bədran (Tülkərm) Mustafa Budeyr (Tülkərm) Mötəsim Cavad Əbu Aliyə (Rəmallah, əl-Muğəyyir qəsəbəsi) Mhəmməd Abid Əbu Aliyə (Rəmallah, əl-Muğəyyir qəsəbəsi) İsra Xızır Lafi (Habrun, Surif) Məhəmməd Samih Ğuneymət (Habrun, Surif) Məhəmməd Heysəm Xətib (Qüds, Qalandiya qaçqın düşərgəsi) Məhəmməd Nasir Möhsün (Qüds, Əbu Dis)