İsrail Məscidi Əqsada fələstinlilərə hücum etdi
Məscidi Əqsaya bu gecə ibadət üçün girmək istəyən minlərlə fələstinliyə mane olan İsrail əsgərləri baş verən qarşıdurmada 22 nəfəri saxlayıb. Maide.az-ın məlumatına görə, sionist rejim Qüdsdə Məscidi Əqsaya girişə 50 yaş məhdudiyyəti qoyub. İsrail polisinin əl-Bəldətul Qədimədə (Köhnə şəhər) toplanan fələstinliləri dağıtmaq üçün plastik güllə, gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edilib.