Maide.az

İsrail Livan sərhədlərini pozmağa davam edir

İsrail rejimi növbəti dəfə Livan hava məkanına soxularaq, ölkənin cənub bölgələri üzərində təhrik edici uçuşlar həyata keçirib.   Bu barədə Livan ordusu məlumat verib .   Məlumata əsasən, İsrail rejimi qırıcı və kəşfiyyat təyyarələri 15 dəfə Livan hava məkanına soxularaq, ölkənin cənub rayonları üzərində dövr ediblər.   Rejim təyyarələrinin Livann əl-Mətna və Kəservan rayonları üzərində orta məsafədə uçuş həyata keçirdiyi qeyd edilib.   Xatırladaq ki, İsrail rejimi mütəmadi olaraq Livan və Suriya hava məkanına soxularaq, bu ölkələrin suverinliyinə təcavüz edir. /eastnews.org/