Maide.az

İsrailin Qəzzaya hücumları davam edir

İsrail döyüş təyyarələri Qəzzanın şərqində HƏMAS-ın hərbi qolu “İzzəddin əl-Qassam Briqadaları”na aid bir hərbi nöqtə ilə cənubda yerləşən Xan Yunus şəhərindəki limanı vurub. Bu barədə hadisə şahidlərindən məlumat alınıb. Hücumda insan itkisi olub-olmadığına dair məlumat verilməyib. Limana ziyan dəydiyi qeyd edilib. İsrail ordusundan məsələ ilə bağlı hələ ki, açıqlama verilməyib.  /eastnews.org/