Maide.az

İsrailin `Hizbullah` lideri Seyid Həsən Nəsrullaha qarşı terror hücumunun qarşısı alınıb

Məşhur iraqlı jurnalist, İran üzrə ekspert, hüquq müdafiəçisi Nacah Məhəmməd Əli Livanın "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullaha qarşı sui-qəsd olduğunu bildirib.    Nacah Məhəmməd Əli İranın "SNN" saytına verdiyi müsahibəsində bildirib ki, İranla birgə əməkdaşlıq nəticəsində bir neçə gün öncə Seyid Həsən Nəsrullaha qarşı terrorun qarşısı alınıb.      O qeyd edib ki, Səudiyyə Ərbistanı ardıcıl və açıq şəkildə İsrail ilə İran və "Hizbullah"-a qarşı planlar qurur.    "Qətər əmiri Şeyx Təmim ibn Həməd əl-Sani İran və "Hizbullah"la əməkdaşlıq edərək, Seyid Həsən Nəsrullahın öldürülməsi üçün İsrail rejiminin aylardır hazırladığı gizli əməliyyatı deşifrə edib. Birgə əməliyyat nəticəsində Seyid Həsənə qarşı planlanan sui-qəsdin qarşısı alınıb" , - deyə jurnalist söyləyib.(eastnews.org)