Maide.az

İsrailin hücumunda yaralanan jurnalist öldü

İsrail ordusunun Qəzza zolağına qarşı hücumlarında daha 11 nəfərin öldüyü bildirilir.   Fələstin hökumətinin keçmiş nümayəndəsi Əşrəf əl-Kudra açıqlamasında bildirib ki, İsrailin hücumlarında Xan Yunusda 6, Rifahda 1-i qadın olmaqla 2 nəfərin öldüyünü söyləyib.   Şucaiyyə məhəlləsindəki hücumlarda yaralanan "ər-Risalə" qəzetinin əməkdaşı Məhəmməd Dahirin də öldüyünü bildirən Kudra İsrailin Qəzzada bir qaçqın düşərgəsini hədəf aldığı hücumda da 2 nəfərin dünyasını dəyişdiyini bildirib.