Maide.az

İsrail hərbçiləri 20 fələstinlini saxladı

İsrail rejimi hərbçiləri ötən gecə İordan çayının qərb sahilində “terrorçuluqda” şübhəli bilinən şəxslərin axtarışı zamanı 20 fələstinlini saxlayıb. Bu barədə İsrail MN-nin mətbuat xidməti məlumat verib.  Məlumata əsasən, saxlanılan şəxslər dindirilmək üçün ümümi təhlükəsizlik xidməti olan ŞABAK-a təhvil verilib.   Xatırladaq ki, İsrail rejimi hərbçiləri mütəmadi olaraq müxtəlif bəhanələrlə İordan çayının qərb sahilində, o cümlədən Fələstinin digər şəhərlərindən gənc fələstinliləri həbs edir və yaxud qətlə yetirir. /eastnews.org/