Maide.az

İsrail Fələstinin kəndini 149-cu dəfə dağıtdı

İsrail rejimi qüvvələri fələstinlilərin yaşadığı Araib kəndindəki evləri 149-cu dəfə söküb. Maide.Az "eastnews"a istinadla xəbər verir ki, bu barədə Arakibi Müdafiə Komitəsi üzvü Əziz ət-Turi açıqlama verib. Ət-Turi "İsti havaya və Qurban bayramına sayılı günlər qalmasına baxmayaraq, İsrail qüvvələri kənddəki evləri sökməkdə israr etdi. Qadınları, uşaqları və yaşlıları evsiz qoydu", - deyib. O, son zamanlarda İsrailin söküntüləri artırdığına diqqət çəkib.