Maide.az

İsrail evləri dağıtmaqda rekord yenilədi

"Fələstin Qurtuluş Təşkilatı" İsrail rejiminin 2020-ci ilin əvvəlindən bu günə qədər dağıdılan fələstinlilərin evləri sayı barəsində məlumat yayıb.    Məlumatda vurğulanır ki, bu günə qədər 129 min ev dağıdılaraq yerlə bir edilib.   "Bu rəqəm 2016-cı ildən sonra yeni rekorddur. Beynəlxalq qurumlar fakt qarşısında səssizliyini qorumağa davam edir", - deyə açıqlamada diqqətə çatdırılıb.    Qeyd olunub ki, İsrail rejiminin bu addımı beynəlxalq hüquqa tam ziddir. /eastnews.org /