Maide.az

İsrail ballistik raket sınağı keçirib

Sionist İsrail rejiminin Hərbi İşlər Nazirliyi bu haqda məlumat yayaraq bildirib ki, “Arrow 3” ballistik raket cümə axşamı günü Tel-Avivivn cənubundakı bir hərbi bazadan uğurla buraxılıb.   Maide.az-ın məlumatına görə, bu raket sınağı ABŞ Raket Müdafiə Agentliyi ilə birlikdə həyata keçirilib.   “Jerusalem Post” qəzeti xəbər verir ki, “Arrow 3” layihəsi Tel-Aviv tərəfindən genişlənməkdə olan bir neçə layihəli raket müdafiə sisteminin bir hissəsidir.   İsrailin hava hücumundan müdafiə sistemi layihəsi ABŞ-ın ciddi dəstəyi və maliyyə yardımı ilə reallaşır.   Məlumatlara görə, Vaşinqton İsrailə gündəlik 8.500.000 min dollaradək hərbi yardım göstərir ki, bu da ildə 3 milyard dollardan artıqdır.   New York Times qəzeti bu yaxınlarda məlumat verib ki, İsrail növbəti 10 il üçün ABŞ-dan illik olaraq 4.200.000.000-4.500.000.000 dollar yardım istəyib.   ABŞ höküməti dəfələrlə İsrail rejiminin təhlükəsizliyini öz başlıca prioritetlərindən biri hesab etdiyini bəyan edib. /