Maide.az

İsrail əsgərləri fələstinlilərə hücum etdi

İşğalçı İsrail rejimi əsgərləri İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində fələstinlilərə hücum edib.   Bu barədə yerli mənbələr məlumat yayıblar.    Məlumatda vurğulanır ki, hadisə zamanı 6 nəfər fələstinli saxlanılaraq naməlum istiqamətə aparılıblar.    Saxlanılan şəxslərin aqibəti barəsində nə ailələrinə, nə də vəkillərinə məlumat verilmir.  /eastnews.org/