Maide.az

İsrail əsgərləri 26 fələstinli jurnalisti öldürdü

İsrail rejiminin işğalı altında olan İordan çayının qərb sahillərində "Jurnalistlər Hədəfdə" adlı konfrans keçirilib.    Konfransda iştirak edənlər son 4 ildə İordan çayının qərb sahillərində öldürülən fələstinli jurnalistlərin sayını açıqlayıblar.    Bildirilib ki, 26 fələstinli peşə fəaliyyətini icra edərkən İsrail rejimi əsgərləri tərəfindən öldürülüblər.     "2013-cü ildən bu günə qədər 3 min dəfə jurnalistlərin hüquqları pozulub", - deyə konfransda çıxış edən Fələstin Jurnalist Həmkarlığı Birliyinin sədri Nasir Əbubəkr vurğulayıb.      Qeyd edək ki, mətbuat konfransına Beynəlxalq Jurnalistlər Birliyinin sədri Filip Lerut da qatılıb. /eastnews.org/