İsrail əsgərləri Fələstinli millət vəkilini həbs etdi
Işğalçı İsrail əsgərləri, Fələstin Qanunvericilik Şurasıının üzvi, millət vəkili Nasır Abdulcəvadı həbs edib. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə görə, işğalçı rejim əsgərləri bu gün səhər Ramallahda N.Abdulcəvadın evinə basqın edib. Evdə axtarış aparan rejim əsgərləri, N. Abdulcəvadı həbs edərək aparıb. Sionist rejim Hamasın islahatçılar blokundan millət vəkili olan N.Abdulcəvadın həbsi ilə bağlı heç bir açıqlama verməyib. İşğal altında olan Qrəbi şəriyə və Qüdsdə İsrail rejim əsgərləri tez-tez evlərə basqın edir və insanları müxtəlif bəhanələrlə həbs edir.