İsrail əsgərləri Fələstinlilərə atəş açdı, 1 ölü, 7 yaralı
Maide.Az xəbər verir ki, İşğalçı İsrail əsgərləri işğal olunmuş Fələstin ərazilərində cinayətlərini davam etdirir. Bu cinayətlərin davamında əsgərlər Ramallahın yaxınlığında Beyt Avr kəndində fələstinlilərə atəş açıb. Açılan atəş nəticəsində 20 yaşlı Fələstinli gənc öldürülüb və 4 nəfər yaralanıb. İşğalçı rejim əsgərləri həmçinin Tul-Kerimdəki Nur düşərgəsində Fələstinlilərə etdiyi hücum zamanı 3 Fələstinli yaralanıb.